Yerli şou-biznesin ən möhkəm cütlükləri - FOTO
Milli.Az xəbər verir ki,
Lady.Day.AzAzərbaycan şou-biznesinin ən möhkəm cütlüklərinin siyahısını hazırlayıb.
Bunlardan biri xalq artisti
Brilliant Dadaşovavə Rus Dram Teatrının direktoru
Ədalət Hacıyevin ailəsidir. Onlar 1988-ci ildə evləniblər. 27 ildir ki, birlikdədirlər.
Tanınmış şoumen
Murad Dadaşovartıq 10 ilə yaxındır ki, evlidir. Ancaq indiyə qədər heç kim onu ictimai yerlərdə həyat yoldaşı ilə birgə görməyib.
Nadir Qafarzadə
özünün sevgi əhvalatı haqda danışmaqdan yorulmur. Hər dəfə müsahibələrində həyat yoldaşının necə əziz olduğunu deyir. Onlar artıq 22 ildir ki, birlikdə yaşayırlar.
Fidan Hacıyeva
ingiltərəli
Filipp Neylorla ailə qurub. Yoldaşı Fidandan 11 yaş böyükdür. Artıq 10 ildir ki, birlikdədirlər.
Yerli şou-biznesin möhkəm ailələrindən biri də
Zülfiyyə Xanbabayevaya məxsusdur. Müğənni öz ailəsi haqda danışmağı sevmir. Şəxsi həyatı ilə bağlı suallardan hər zaman yayınır.
"Qolos" yarışmasının iştirakçıları olan
Fərid Əsgərovvə
Aygün Əsgərovada möhkəm cütlüklərdəndir. Onların Maqsud, Riad və Səid adlı övladları var.
Müğənni
Manana2008-ci ildə öz soydaşı
Georgi Qableyevə ərə gedib. Hazırda cütlüyün iki övladı var.
İradə İbrahimova
6 il öncə Türkiyə vətəndaşına ərə gedib. O hesab edir ki, ailədə ən əsası anlayış və etibardır.
Milli.Az