Dünya

Yəməndə həbsxanaya hücum edən “Əl-Qaidə” qruplaşması yüzlərlə məhbusu azad edib

Metbuat.az

Bakı, 2 aprel,

AZƏRTAC

“Əl-Qaidə” yaraqlıları gecə saatlarında Yəmənin cənub-şərqində yerləşən Hadramaut əyalətinin administrativ mərkəzi Əl-Mukalla şəhərinə hücum edib. Sky News Arabia peyk televiziya kanalının məlumatına görə, yaraqlılar şəhərdəki mərkəzi həbsxanaya basqın edərək yüzlərlə məhbusu azadlığa buraxıblar.


AZƏRTAC

TASS informasiya agentliyinə istinadla xəbər verir ki, azad olunan məhbusların bir çoxu “Əl-Qaidə” ilə əlaqələrinə görə həbs edilənlərdir. Hazırda paytaxt Ədəndən 480 kilometr aralıda yerləşən şəhərin bir neçə rayonunda döyüşlər gedir. Penitensiar müəssisədən başqa, prezident sarayı, təhlükəsizlik idarəsi, mərkəzi bank binası və limana yaxın küçələrdə də toqquşmalar qeydə alınıb. Şahidlərin sözlərinə görə, toqquşmalarda zirehli texnika, artilleriya və iri çaplı pulemyotlardan da istifadə olunur.


Xalq etirazlarının davam etdiyi dövrdə öz mövqelərini daha da gücləndirən “Əl-Qaidə”nin Yəməndəki qanadı hökumət qüvvələrinə qarşı bir neçə dəfə miqyaslı hücum əməliyyatları keçirib. Son zamanlar, əsasən də Səudiyyə Ərəbistanının rəhbərliyi altında “Ənsar Allah” hərəkatının tərəfdarları olan husi-şiə üsyançılarına qarşı hərbi əməliyyatlar başladıqdan sonra terrorçuların yenidən aktivləşməsi qeydə alınıb.