Sosial

Yekaterinburqda azərbaycanlının qətli ilə bağlı AÇIQLAMA

Metbuat.az

Azərbaycanın Yekaterinburqdakı baş konsulu

Sultan Qasımov

və Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyi ilə əlaqədar Yekaterinburqda keçiriləcək tədbirlərdə iştirak etmək üçün hazırda bu şəhərdə səfərdə olan Milli Məclisin deputatı, Azərbaycan rus icmasının sədri

Mixail Zabelin

Rusiya baş prokurorunun müavini Yuri Ponomoryov ilə görüşüblər.



Milli.Az xəbər verir ki, Baş konsul S.Qasımov

AZƏRTAC

-a bildirib ki, görüşdə Azərbaycan-Rusiya münasibətləri, iki ölkədə diasporların fəaliyyəti və digər məsələlər müzakirə olunub. M.Zabelin Azərbaycanda gedən quruculuq prosesləri, rus icmasının fəaliyyəti, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib. Rusiya baş prokurorunun müavini iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın inkişafından danışıb, birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsində Azərbaycan tərəfinə uğurlar arzulayıb.



Görüşdə, həmçinin azərbaycanlı gənc futbolçu

Emil Hüseynov

un Yekaterinburq sakini, erməni

Tiqran Çikayan

tərəfindən qətlə yetirilməsi və bu cinayət işinin istintaqının ədalətlə aparılmasının vacibliyindən danışılıb. Baş konsul vurğulayıb ki, RF baş prokurorunun müavini Y.Ponomoryov T.Çikanyanın saxlanıldığını deyib və bu cinayət işinin sonadək ədalətlə icra olunacağına əminliyini bildirib.



S.Qasımov, həmçinin qeyd edib ki, baş konsulluq aprelin 24-də uydurma “erməni soyqırımı” ilə əlaqədar Yekaterinburqda keçirilməsi nəzərdə tutulan yürüşlərin məhdudlaşdırılması və ya ləğv edilməsi barədə şəhər rəhbərliyinə müraciət edib.



Eyni zamanda, Yekaterinburq mətbuatının yazdığına görə, yerli hakimiyyət aprelin 24-də erməni kilsəsindən başlanması nəzərdə tutulan yürüşün keçirilməsinə qadağa qoyub.



Milli.Az