Mədəniyyət

Yaxın illərdə Bakı Sirki üçün paytaxtda yeni binanın inşası nəzərdə tutulur

Metbuat.az

Bakı, 8 aprel,

AZƏRTAC

Fikrimcə, Bakı Sirkinin binası şəhərin mərkəzində və daha geniş ərazidə olmalıdır.


AZƏRTAC

xəbər verir ki, bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev media mənsubları ilə görüşdə səsləndirib.


Nazirin sözlərinə görə, sirkin yeni binasının inşası ilə bağlı artıq bir neçə layihə hazırdır. Ölkə başçısının tapşırığına əsasən 4-5 layihə hazırlanıb, tender elan olunacaq və ən yaxşı layihə seçiləcək. Mən inanıram ki, sirkin binası şəhərin mərkəzində daha geniş ərazidə olacaq. Hazırda bu işlə bağlı bir neçə memar çalışır. Yəqin ki, yaxın illərdə bu məsələ də öz müsbət həllini tapacaq.


Ə. Qarayev bildirib ki, hazırda prioritet məsələ Azərbaycan Dövlət Opera və Balet Teatrının restavrasiyası və yenidən qurulmasıdır.