İqtisadiyyat

Yanvar-mart aylarında Dövlət Neft Fondu “Şahdəniz” yatağının işlənməsindən 79,5 milyon dollar gəlir əldə edib

Metbuat.az

Bakı, 13 aprel, Nihat Budaqov,

AZƏRTAC

2007-ci ildən cari il aprelin 1-dək Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) “Şahdəniz” yatağının işlənməsi layihəsindən 2 199 milyon dollar gəlir əldə edib.


Bu barədə məlumatı

AZƏRTAC

-ın sorğusuna cavab olaraq ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən veriblər. Bildirilib ki, bu ilin ötən üç ayında Fonda “Şahdəniz” yatağının işlənməsindən 79,5 milyon dollar vəsait daxil olub.