İqtisadiyyat

Yanvar-mart aylarında Azərbaycanda 10,6 milyon ton neft və 7,3 milyard kubmetr təbii qaz hasil edilib

Metbuat.az

Bakı, 14 aprel,

AZƏRTAC

Bu ilin birinci rübündə Azərbaycanda 10 milyon 669,1 min ton neft və 7 milyard 323,6 milyon kubmetr əmtəəlik təbii qaz hasil edilib.


Bu barədə

AZƏRTAC

-a Dövlət Statistika Komitəsindən məlumat verilib.


Qeyd edək ki, 2014-cü ildə ölkənin sənaye məhsulunun 69,6 faizinin istehsal olunduğu mədənçıxarma bölməsində 41,9 milyon ton neft, 18,7 milyard kubmetr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilmişdi.