Sosial

Yağışlı hava nə vaxta qədər davam edəcək? - PROQNOZ

Metbuat.az

Aprelin 15-dən temperatur nisbətən artacaq

“Ölkə ərazisində qeyri-sabit hava şəraiti sabah günün birinci yarısına kimi davam edəcək”. Bunu Lent.az-a açıqlamasında  Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib. G. Məmmədova onu da bildirib ki, sabahdan yağıntılar tədricən kəsiləcək.

Onun sözlərinə görə, Azərbaycanda aprelin 15-16-sından etibarən temperatur bu günlə müqayisədə 2-3 dərəcə artacaq.