Sosial
XV-XVI əsr şairi Əhməd Şövqi Təbrizinin divanı əldə edilib
Təzkirələrdə verilən məlumata görə, Şövqi Təbrizi uzun bir ömür yaşamış, Şah İsmayıl Xətainin oğlu Sam Mirzənin katibi-münşisi vəzifəsini icra etmiş, sonradan mühacirət edərək 1547-ci ildə Kabildə vəfat edib. Şairin anadilli divanına onun qəzəl, qəsidə, mürəbbe, müxəmməs, tərkibənd, tərcibənd, mərsiyə, müstəzad, rübai, bayatı və gəraylılar daxil edilib.