Şou

Xoşqədəmdən daha bir qalmaqal: "doğmadır" deyib konfransdan qovdu

Metbuat.az
Xoşqədəm Hidayətqızı ATV kanalının əməkdaşlarını bu gün keçirdiyi mətbuat konfransına buraxmayıb.

AzNews.az

-ın əməkdaşının verdiyi məlumata görə, o, adıçəkilən kanalın əməkdaşlarından mətbuat konfransından getməyi xahiş edib.



Xoşqədəm Hidayətqızı “Azad Azərbaycan”dan gələn jurnalist

Vüqar Vüqarlı

ilə görüşüb: “Vüqar, sən mənim dostumsan. Amma sizi buraya kim çağırdı? Mən bu ATV-nin burada olmasını istəmirəm. Sadəcə çox az sayda jurnalisti dəvət eləmişəm. "Kimsə bunu ATV ilə Xoşqədəmin arasındakı problem kimi görməsin. Kanal mənim üçün doğmadır".



Xoşqədəmin sözlərinə V.Vüqarlı belə cavab verib: “Saytdan oxuyub, gəlmişəm. İndi nə edək? Çıxaq gedək?”



Daha sonra X.Hidayətqızı ilə söhbətləşən ATV-nin əməkdaşı və çəkiliş heyəti mətbuat konfransını tərk ediblər.



Qeyd edək ki, “Azad Azərbaycan” telekanalı ilə yollarını ayıraraq ANS-ə keçən tanınmış aparıcı Xoşqədəm Hidayətqızı bu gün mətbuat konfransı keçirib.



Milli.Az