Şou

Xoşqədəmdən ATV-nin prezidentinə sərt sözlər

Metbuat.az

“Səni axtarıram” ANS-də olacaq. Onsuz da hər kəs bazar günü bizə baxırdı. Fərq etməz, o hansı kanaldadır. Əsas odur ki, biz efirdəyik və “Səni axtarıram” neçə-neçə insanı sevindirəcək”.

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə qeyd edib.

O, ATV-nin prezidenti Vüqar Qaradağlının ünvanına ittihamla səsləndirib:

“Vüqar Qaradağlının layihəni məndən gizlin ATV-nin adına yazdırmağı baş tutmayıb. Bunu mən və onun hüquqşünası Müəllif Hüquqları Agentliyində olarkən öyrəndik. Qadın olmağıma baxmayaraq, kişilik göstərdim. Öz istəyimlə ATV-ni “Səni axtarıram”ın müstəsna hüquq sahiblərindən biri etdim. Halbuki Vüqar Qaradağlı demişdi tam öz adına keçirə bilərsən.

ATV-də çox şeylər baş verib və verir. Məni onlar maraqlandırmır. Bu layihəyə gözünü dikən on minlərlə çarəsiz insan var, bəs onların ahı necə olacaq? “Quranı” tərcümə etmişəm deyib, hər yerdə halallıqdan danışır. Məncə, Allahdan, “Quran”dan danışan, mən ziyalıyam deyən insan halal olmalıdır. Bir qadının və minlərlə insanın haqqını tapdalamamlıdır. Bəli, başa düşürəm, pul insanı dəyişir, Vüqar müəllimin ATV-yə gələrkən durumunu xatırlayıram. Ola bilsin pul Vüqar müəllimi dəyişib. Amma hələ ki, bu dünyadan kimsə köçərkən, nəsə aparmayıb. O da aparmayacaq. Əminəm ki, o dünya var. Orada hesab anı olur.
İnşallah, Vüqar Qaradağlı və özü ilə ATV-yə gətirdiyi qohumları həmin hesab günündən üzüağ çıxarlar. Ümid edirəm, yanındakı halal adamlar Vüqar müəllimi inandıra biləcəklər ki, bir qadının haqqına girmək günahdır. İstəməzdim, doğma kanalımla belə ayrılım. Sadəcə, Vüqar müəllimin şəxsi istəyi hər şeyi bu həddə çatdırdı. Uğurlar olsun! Artıq “Səni axtarıram” ANS-də olacaq. Onsuz da hər kəs bazar günü bizə baxırdı. Fərq etməz, o hansı kanaldadır. Əsas odur ki, biz efirdəyik və “Səni axtarıram” neçə-neçə insanı sevindirəcək”.