Sosial

​Xırdalanda tikilməkdə olan binada yanğın baş verib

Metbuat.az

Bakı. 16 aprel. REPORT.AZ/ Abşeron rayonunun Xırdalan şəhərində yaşayış kompleksinin ərazisində tikintisi başa çatmamış 6 mərtəbəli yaşayış binasının mansardında 1 kv.m sahədə taxta qırıntıları yanıb.


"Report" xəbər verir ki, bina yanğından mühafizə olunub.


Yanğın saat 02:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.