Sosial
Xəzər dənizində balıqçı batıb
Bakı. 19 aprel. REPORT.AZ/ Qaradağ rayonunda 2 nəfər balıqçı dənizin nəzarət olunmayan hissəsində sahildən 200 m. aralıda suda batma təhlükəsi ilə üzləşib.
"Report"
Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, nazirliyin dalğıc-xilasediciləri tərəfindən balıqçılardan biri xilas edilib.
Hazırda digər balıqçının axtarışı davam etdirilir.
Əlavə məlumat veriləcək.