Sosial

Xaricdə təhsil üzrə dövlət proqramının son müsabiqəsində kimlər iştirak edə bilər? - RƏSMİ

Metbuat.az

“Hazırda xaricdə təhsil alan tələbələr də “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” müsabiqəsində iştirak edə bilərlər”.

Bunu Lent.az-a açıqlamasında Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini, QHT və KİV ilə iş sektorunun müdiri Cəsarət Valehov bildirib. O qeyd edib ki, həmin tələbələr bir şərtlə qeyd olunan müsabiqədə iştirak edə bilər ki, onlar bundan öncəki müsabiqədə iştirak etməsin: “Sənədlərin qəbulu aprelin 15-dən iyulun 15-dək ərzində elektron ərizə (http://xaricdetehsil.edu.gov.az) vasitəsilə həyata keçiriləcək”.

Qeyd edək ki, 2015-2016-cı tədris ili üçün “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na sonuncu müsabiqə elan olunub.