Sosial

Xanım Fatimeyi Zəhra yad edildi FOTO

Metbuat.az

Bakıda Xanım Fatmeyi Zəhranın mövluduna həsr olunmuş tədbir keçirilib.



ANS PRESS-in məlumatına görə, “İslam Birliyi və İnkişafı” İctimai Birliyinin təşəbbüsü baş tutmuş tədbir “Mədinə Gülü” şadlıq sarayında keçirilib.



Tədbirin keçirilməsinin əsas məqsədlərindən biri gənclərə Xanım Fatmeyi Zəhranın tanıtmaq, bu mövludu müsəlman qadınları üçün çox önəmli günlərdən birinin olduğunu bir daha xatırlatmaq olub. Mövlud mərasimi Quran tilabəti ilə başladı və tədbirin açılışını “İslam Birliyi və İnkişafı” İctimai Birliyinin sədri Seyyid Kənan Əliyev etdi. Tədbir tanınmış dini-ictimai alimləri və Əhli-Beyt İlahi nəğmələr qrupunun iştirakı ilə keçirildi.



Tədbirdə 800 nəfərən çox insan iştirak etdi. Mərasimdə çıxış edən Seyyid Əli Əkbər Ocaq Nejad, İlahiyyat məscidinin imamı Hacı Ceyhun, Seyyid Mirnemət, Hacı Adil Hüseynov, ilahiyyatçı Hacı Atif İsmayılov qeyd etdilər ki, Xanım Fatmeyi Zəhra (s.ə) islam dünyasında qadın obrazının bariz nümunəsidir, və əsl müsəlman qadınının mənəvi zənginliyinin real nümayəndəsidir.



Birliyin sədri Seyyid Kənan Əliyevin fikirlərinə qoşularaq bir daha qeyd edildi ki, müsəlman ölkələrində baş verən müharibələrdə əsasən zorakılığa məruz qalan məhz qadınlar olurlar.



Sonda qeyd edildi ki, belə tədbirlərin mütəmadi olaraq keçirilməsi və əsasən də qadınların bu cür yığıncaqlarda iştirakı əsas şərtlərdən biridir. Mərasimdə həmçinin bu problemlərin həll olunması üçün bütün müsəlman ölkələrinin məzhəbindən, təriqətindən və coğrafi yerləşməsindən asılı olmayaraq, əl-ələ verərək həll yolunu tapmaları vacib olduğunu bildirildi. Tədbirin sonunda Ehsan süfrəsi açıldı.








Mənbə
ANS PRESS