Mədəniyyət
Xan Şuşinski Fondu İtaliyada Qarabağla bağlı tədbir keçirəcək
Onun sözlərinə görə, Azərbaycanın İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə keçiriləcək tədbirin rəsmi hissəsində Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana təcavüzü, Xocalı və Quba soyqırımlarından bəhs ediləcək. Tədbirdə İtaliyada fəaliyyət göstərən səfirliklərin, diasporaların nümayəndələri iştirak edəcək.
Tədbirin rəsmi hissəsindən sonra Azərbaycanın milli musiqisi və muğamları səslənəcək.
Qeyd edək ki, Xan Şuşinski Fondu 2012-ci ildən fəaliyyətə başlayıb. Fondun əsas məramı xeyriyyəçilik işləri ilə məşğul olmaq, Azərbaycan mədəniyyətinə xidmət etməkdir. Xan Şuşinski Fondu sənət adamlarının yubiley tədbirlərini, müsabiqələr, festivallar keçirməklə Azərbaycan mədəniyyətinə xidmət edir.