Mədəniyyət
Xalq rəssamı Kazım Kazımzadənin 100 ilk yubileyinə həsr olunmuş fərdi sərgi açılacaq
Bakı, 9 aprel,
AZERTACAprelin 14-də Azərbaycan Milli İncəsənət Muzeyində xalq rəssamı Kazım Kazımzadənin 100 illik yubileyinə həsr olunmuş sərgi açılacaq və xatirə tədbiri keçiriləcək.
Muzeydən
AZƏRTAC-a bildirilib ki, sərgindən əvvəl Azərbaycanın görkəmli rəssam və tanınmış incəsənət xadimlərinin iştirakı ilə Kazım Kazımzadə yaradıcılığına həsr olunmuş “dəyirmi masa”, həmçinin sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimovanın “Kazım Kazımzadə” adlı kitabının təqdimatı təşkil olunacaq.
Sərgidə rəssamın 46 qrafik əsəri nümayiş etdiriləcək.