Mədəniyyət
Milli.Az
Böyütmək üçün şəkilə klikləyin.
Xalq artisti vəfat etdi - FOTO
Azərbaycanın xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Nəriman Məmmədov vəfat edib
Azərbaycan Bəstəkarlar İttifaqının sədri
Firəngiz Əlizadənin
APA-ya verdiyi məlumata görə, N.Məmmədov bir neçə gün əvvəl insult keçirib.
F. Əlizadə qeyd edib ki, Nəriman Məmmədovla vida mərasimi aprelin 7-də, saat 14:00-da Bakı Musiqi Akademiyasında olacaq, o, II Fəxri Xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, N. Məmmədov 1927-ci il dekabrın 28-də Naxçıvan şəhərində doğulub.
“Humay”, “Şeyx Sənan” baletlərinin, “Altı qızın biri Pəri”, “Məmmədəli kurorta gedir”, “Qız görüşə tələsir” musiqili komediyalarının, yeddi simfoniya və bir neçə simfonik poemanın, 700-ə yaxın mahnının müəllifidir.
Milli.Az
Böyütmək üçün şəkilə klikləyin.