Şou

Vidadi Bərdəlinin qızı qalmaqaldan danışdı: "Söz-söhbətin..."

Metbuat.az

“Şou-biznesdə məni gözü götürməyənlər çoxdur”. Lent.az-ın məlumatına görə, bunu APA TV-nin “Səhər zəngi” verilişində qonaq olan mərhum müğənni Vidadi Bərdəlinin qızı Aytac Vidadiqızı deyib. O bildirib ki, şou-biznesdə onun uğurlarına sevinən çox az həmkarı var: “Şou aləmi çox çətindir. Dostunu, düşmənini tanıya bilmirsən. Bəzən biz istəmədən də qalmaqalın, söz-söhbətin tam mərkəzində oluruq. Amma bu, mənim xarakterimə uyğun deyil. Hər zaman sakit öz sənətimlə məşğul olmağı üstün tutmuşam. Tanınmaq və tanınmış bir insanın övladı olmaq məni daha da məsuliyyətli olmağa çağırır. Çünki adi bir hərəkətimiz diqqət mərkəzində olur. Buna görə də çalışıram ki, hər bir işimi layiqli şəkildə həyata keçirim”.  

Qeyd edək ki, aparıcı Vüsalə Əlizadənin təqdimatında yayımlanan “Səhər zəngi” verilişi həftə içi 5 gün APA TV-də yayımlanır.