Vaxtı keçmiş məhsullar aşkarlandı
Əslində, ərzaq məhsullarının istifadə tarixinə alıcılarla yanaşı, satıcılar özləri də diqqət yetirməlidirlər. Çünki qanunvericiliyə görə, onlar satdıqları məhsulun keyfiyyətinə görə məsuliyyət daşıyırlar.
Ancaq mağaza sahiblərinin heç də hamısı bu məsuliyyəti dərk etmir. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi son monitorinqlər də bunu sübut edir. Belə ki, yoxlamalar zamanı Şəkidə Mustafa Məmmədova məxsus,
Şamaxıda Asim Nərimanova məxsus, Balakəndə isə Laləzər Səfərovaya məxsus mağazalarda saxlama müddəti ötmüş malların satıldığı məlum olub. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq. Onları 1500 manatdan 5000 manatadək cərimə gözləyir. Sakinlər isə istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satış ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat verə bilərlər.
Milli.Az