Mədəniyyət

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Bakı prosesi çərçivəsində həyata keçirilən qlobal layihədir

Metbuat.az

Bakı, 11 aprel,

AZERTAC

Prezident İlham Əliyevin 2010-cu ildə BMT Baş Assambleyasında elan etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu gün Bakı prosesi çərçivəsində həyata keçirilən qlobal layihədir. Bu il mayın 18-19-da Bakıda Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Bu gün dünya xalqlarını Forumun ideyaları ətrafında birləşməyə çağırış Azərbaycana məxsus olmaqla bərabər, dünyanın UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası, İSESCO kimi nüfuzlu qurumları bu tədbirin həmtəşkilatçısı qismində çıxış edirlər.


AZƏRTAC

xəbər verir ki, bu fikri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev aprelin 10-da Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirib.