İqtisadiyyat

Ukrayna ilə Azərbaycan arasında nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb

Metbuat.az

Bakı, 17 aprel,

AZƏRTAC

Nəqliyyat nazirinin müavini Musa Pənahov Ukraynanın Nəqliyyat nazirinin müavin Oksana Reyterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


Nəqliyyat Nazirliyindən

AZƏRTAC

-a bildirilib ki, Musa Pənahov Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində aparılan islahatlardan, həyata keçirilən iri regional layihələrdən və beynəlxalq əməkdaşlığın genişləndirilməsindən danışıb, nəqliyyat sahəsində görülən işlər barədə ətraflı məlumat verib.


Ukraynalı nazir müavini ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrin, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.


Görüşdə iki ölkə arasında nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.