Mədəniyyət

Türkiyə serialları türkün ailə quruluşuna ziyandır VİDEO

Metbuat.az

“Türkiyədə son illər çəkilən seriallar türkün ailə quruluşunu məhv edir”.



ANS PRESS-in məlumatına görə, bu cür fikirlər irəli sürən İran dövlət tele kanalı serialların türkün mədəniyyətini, adət və ənənəsini hədəfə götürdüyünü qeyd edib.



Bu barədə hazırlanan proqramda bildirilib ki, serialların ortaq nöqtəsi ailə xəyanəti, cinayət və qeyri-leqal qadın – kişi münasibətlərindən təşkil olunur.



Türkiyə tele kanallarından birinin küçədə keçirdiyi rəy sorğusunu dəstəkləyən kanal bildirib ki, seriallar türkün ailə dəyərlərini çökərdir, boşanma hadisələri çoxalır, ailə quranlar isə azalır.



Qeyd edək ki, son illər Türkiyədə çox sayda tele serial çəkilir və bir vaxtlar bütün dünyaya serial ixrac edən Latın Amerikası ölkələri Türkiyədən serial idxal etməyə başlayıb.




Mənbə