Sosial

Türkiyə mediası yenə AST Telmanın villalarından yazdı

Metbuat.az

Türkiyə mətbuatı yenidən azərbaycanlı iş adamı

Telman İsmayılov

a məxsus “Mardan Palace” otelinin borca görə satışa çıxarılmasından yazıb.



Qafqazinfo

” Türkiyə KİV-nə istinadən xəbər verir ki, artıq oteli almaq istəyən müştərilər bunun üçün “sıraya düzülüblər”. İş adamının ümumi borcunun 584 milyon TL-ni aşdığı göstərilir.



Otellə yanaşı, Telman İsmayılovun şəxsi istifadəsində olan, 6 lüks villanın yerləşdiyi 104 min 719 kvadrat metrlik ərazi də satışa çıxarılıb.



Hərrac üsulu ilə ilk satış Antalya bələdiyyəsinin 4-cü İcra Müdirliyi tərəfindən iyunun 3-də keçiriləcək. Otel üçün 650 milyon TL, villalar üçün isə ilkin qiymət 69 milyon 750 min 650 TL müəyyən edilib. İlk hərracda satılmazsa, növbəti satış iyulun 30-da keçiriləcək. Bundan başqa, 11 min 655 kvadrat metrlik ümumi sayı 6 ədəd olan VİP villa da ayrıca satışa çıxarılıb.



Qeyd edək ki, otel rəsmi açıqlamasında yayılan xəbərləri təkzib etmişdi.



Milli.Az