Dünya

Türkan Şorayın "səsi" öldü

Metbuat.az

Türkiyənin tanınmış səslərindən biri olan sənətçi

Nevin Akkaya

dünyasını dəyişib.



Anspress

-in məlumatına görə, 1919-ci il təvəllüdlü sənətçi Türkan Şoraydan Hale Soyqaziyə, Nəriman Köksaldan Arzu Okaya qədər çox sayda sənətçinin səsinə həyat verib. Akkaya xüsusilə 50-dən çox filmdə Türkan Şorayın səsini canlandırıb.


 


Akkayanın cənazəsi çərşənbə axşamı təşkil olunacaq vida mərasimindən sonra torpağa tapşırılacaq.



Sənətə 1937-ci ildən başlayan N.Akkaya 1951-52-ci illərdə Muhsin Ərtoğrulun qurduğu "Kiçik Sahne" teatrında çalışıb. 1959-cu ildə "Kent Oyuncuları"nda səhnəyə çıxıb. O, 1952-ci ildə Tarık Gürcan ilə evlənərək teatrdan gedib. Akkaya 1960-cı ildən sonra bir çox kinoda aktyorların səsini canlandırıb, 500-ə yaxın filmə öz səsi ilə imzasını qoyub.



Milli.Az