Sosial

TQDK sonuncu sınaq imtahanının nəticələrini açıqladı

Metbuat.az

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 19-da keçirilən sınaq imtahanının nəticələrini açıqlayıb.  TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 48049 abituriyentdən 2966 nəfəri imtahana gəlməyib.

İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 3 abituriyentin imtahan nəticələri ləğv edilib. Beləliklə, TQDK-nın internet saytında sınaq imtahanında iştirak edən 45080 abituriyentin imtahan nəticələri yerləşdirilib. 

 
Bir nəfər abituriyent I ixtisas qrupundan 700 bal toplayıb.