Sosial
TQDK rus bölməsi abituriyentlərinə müraciət etdi
“Azərbaycan dili” fənnindən imtahan verəcək rus bölməsi abituriyentlərinə “İmtahana buraxılış vərəqəsi”nin verilməsinə başlanıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən ilk imtahan aprelin 26-da keçiriləcək.
Bu imtahanda iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni aprelin 21-dən etibarən TQDK-nın internet saytından (https://www.e-gov.az/az/services/read/2516/1/?tqdk_xdm=53) çap edib götürə bilərlər.