Sosial
Videonu izləmək üçün şəkilə klikləyin
Tovuzda mal-qara arasında xəstəliklər aşkarlandı - VİDEO
TTV (Region TV) xəbər verir ki, mövsümlə əlaqədar vaksinasiya işlərinə başlayan baytar həkimlər rayon ərazisində 40 baş iribuynuzlu mal-qarada müxtəlif xəstəliklər aşkarlayıb. Baytarlar deyir ki, xəstəliklərin yayılmasında fermerlərin səhlənkarlığı da rol oynayır.
Baytar Vüqar Hüseynov: “Buna əksər vaxtlarda insanların laqeydliyi şərait yaradır. "Dəfələrlə xəbərdarlıq etsək də, bəzi fermerlər heyvanlarına müvafiq dərman vurdurmurlar. Biz Baytarlıq Xidməti tərəfindən göstərilmiş plan əsasında iribuynuzlu heyvanlarda qarayara, nodulyar dermatit, dabaq xəstəliyi, sarılıq xəstəliklərinə, itlərdə isə quduzluğa qarşı vaksinasiya işləri aparırıq".
Aprelin 3-dən həyata keçirilən vaksinasiyada 762 baş iribuynuzlu heyvan və quduzluğa qarşı 30 it peyvənd olunub. Vaxtında aparılan dezinfeksiya tədbirləri sayəsində heyvanlarda ölüm faktı aşkarlanmayıb. Proses ayın sonuna qədər davam etdiriləcək.
Milli.Az
Milli.Az
Videonu izləmək üçün şəkilə klikləyin