Sosial

Təşriq günləri nə deməkdir?

Metbuat.az

Milli.Az islam.az-a istinadən bildirir ki, Qurban bayramı günündən sonrakı üç gün, yəni zilhiccə ayının 11-ci, 12-ci və 13-cü günləri təşriq günləri adlanır. Ərəb dilində ət parçalarını günün altında qurutmağa “təşriq” deyirlər.



Hacılar Qurban bayramı günündə kəsdikləri heyvanların ətini sonrakı günlərdə Minada gün altında qurutduqları üçün həmin günlərə bu ad verilmişdir. Təşriq günlərində hacılar Minada qalırlarsa, şeytanı daşlamaqda davam edirlər. Əhli-sünnə məzhəbinə görə təşriq günlərində oruc tutmaq haramdır.
 
Milli.Az