“Tərkedilmiş” Bakıya gəldi
Ötən gün Bakıda Türkiyənin "Post Production" şirkəti tərəfindən ekranlaşdırılan "Tərkedilmiş" dram filminin premyerası keçirilib.
"Tərkedilmiş" filminin ssenari müəllifi və rejissoru Korhan Uğur, prodüserləri Hakan Ordu, Mustafa Saygın və Alihan Karagüldür.
Süjet xətti Suriya münaqişəsində qaçqın düşərək, Türkiyəyə sığınan və səfalətdən qurtulmaq üçün böyrəyini satan qadının həyatından bəhs edir. Filmin şüarı isə belədir: "Bəzilərinin bədbəxtliyi kimlərisə xoşbəxt edir və biz buna insanlıq deyirik".
Xatırladaq ki, azərbaycanlı aktyorlar Könül Nağıyeva və Kamran Ağabalayevin baş rolları ifa etdiyi ekran əsərində tanınmış türk aktyorları Hakan Vanlı, Levent Ülgen, Hakkı Ergök, Sema Şimşek, Mahmut Gökgöz, Neriman Uğur, Burak Sarımola da çəkiliblər.
Premyerada "Tərkedilmiş" filminin yaradıcı heyəti, eləcə də Türkiyənin tanınmış kino ulduzları iştirak ediblər.
Bundan başqa, filmi izləməyə gələnlər arasında xalq artisti Fəxrəddin Manafov, əməkdar artist Mehriban Zəki, aparıcı Nərgiz Cəlilova, Kamilə Babayeva, Elnarə Təhməzova, müğənnilər Röya, Sevda Yahyayeva, Zamiq Hüseynov, Dilarə Kazımova, aktyorlar Elməddin Cəfərov, Fərda Xudaverdiyev, rejissor Kənan M.M. və başqaları yer alıb.
Qeyd edək ki, film bütün kinoteatrlarda nümayiş olunacaq.
MənbəANS PRESS