Mədəniyyət

“Tərcümə Mərkəzinin kitabları” seriyasından növbəti çap olunan kitab “Az-Ya”dır

Metbuat.az

Bakı, 20 aprel,

AZƏRTAC

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin (ATM) “Tərcümə Mərkəzinin kitabları” seriyasından növbəti nəşri – görkəmli qazax şairi, alimi və ictimai xadimi Oljas Süleymenovun “Az-Ya” əsəri işıq üzü görüb.


ATM-dan

AZƏRTAC

-a bildiriblər ki, türk xalqlarının tarixinə yeni yanaşma, fərqli, orijinal münasibət sərgiləyən bu əsər uzun illər sovet ideoloji cəbhəsinin hücumlarına məruz qalsa da, müstəqillik illərində dünyanın bir çox dillərinə tərcümə olunaraq, kütləvi tirajlarla nəşr edilib.


Kitab Azərbaycan dilinə Natiq Səfərov tərəfindən çevrilib.