Şou

"Tərbiyəmi göstərdim, cavab vermədim" - FOTO

Metbuat.az
Rəqqasə Fatimə Fətəliyeva ad gününü təmtəraqlı şəkildə qeyd edəcək.

Milli.Az xəbər verir ki, axsam.az-ın əməkdaşı ilə söhbətində sənətçi aprelin 3-də baş tutacaq mərasimdə qonaqlara sürpriz edəcəyini bildirib:
 
“Meyxanaçı dostlarım İntiqam və Ehtiram qardaşları ilə klip çəkdirib, ad günümdə təqdim edəcəkdim. Rusiyada çoxlu konsertləri olduğu üçün çəkilişlər alınmadı. Ad günümdə oxuduğum yeni mahnını təqdim edəcəm. Özbək stilindədir, mənə yazılıb. Sırf xına məclislərində oxumaq üçündür”.
 
Xına məclislərinin dekorasiyası ilə məşğul olan F.Fətəliyeva müğənnilərin onun biznesini təkrarladığını deyib:
 
“Bir də baxacaqsınız ki, hamı xına evi açıb, müğənni qalmayıb. Məndən heç kim inciməsin, amma iki dənə butayla dizayn qurmaq olmur. Bunun üçün çoxlu aksessuarlar, əmək və vəsait lazımdır. Hamıya uğurlar arzulayıram. Amma kənardan asan görünməsin. Tanınmış bir insan var, yaxın gündə o da xına evi açacaq. Bir də gördüz jurnalistlər də bu bizneslə məşğul oldular”.
 
Rəqqasə “Gündəlik” verilişində aparıcı Mətanət Əliverdiyevanın onun ünvanına dediyi “Rəqsini bəyənmədim, elə bil 5 yaşında uşaq oynayırdı” sözlərinə münasibət bildirib:
 
“Kövrək insanam, haradasa gözüm yaşara bilər. Nə edim, rola girə bilmirəm, necə var, eləyəm. “Gündəlik” verilişində belə bir hadisə oldu, xanımlığımı, tərbiyəmi göstərdim, efirdə cavab vermədim. Sonra eşitdim ki, xanım deyir, 5 yaşında uşaq kimi rəqs etdi. Mən uşaq deyiləm, 16 ildir səhnədəyəm, peşəkar rəqqasəyəm. Mənim tələbələrim var, müəllim kimi çalışıram. Kiminsə kimdənsə xoşu gəlmirsə, normaldır. İndi efirlərdə belə hallar yaranıb: xoşu gəlməyəni verilişə çağırıb, vururlar. Mən buna öyrəşmişəm. Belə hallara görə depressiyaya düşmərəm. Əksinə, daha da güclənirəm. Ayağımın altını qazan insanlar var ki, istəmirlər səhnədə olum. Kimsə mənə zərər vurursa, onu görməzlikdən gəlirəm”.

Milli.Az