Mədəniyyət

“Tatar-inform”da Bakıdakı Miniatür Kitab Muzeyində saxlanan nəşrlərin “Ginnesin Rekordlar Kitabı”na salınması ilə bağlı məlumat verilib

Metbuat.az

Bakı, 10 aprel,

AZƏRTAC

“Tatar-inform” İnformasiya Agentliyi Bakıda yerləşən Miniatür Kitab Muzeyində saxlanan miniatür nəşrlərin “Ginnesin Rekordlar Kitabı”na salınması ilə bağlı məlumat yerləşdirib.


AZƏRTAC

“Tatar-inform”a istinadla xəbər verir ki, məlumatda Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi, əməkdar mədəniyyət işçisi Zərifə Salahovaya “Guinness World Records” sertifikatı təqdim olunduğu bildirilib.


Qeyd olunub ki, Z.Salahovanın topladığı kolleksiya dünyada ilk özəl Miniatür Kitab Muzeyidir. Onun 38 rəfində 5700 miniatür kitab nümayiş olunur. Bu kitabların ən kiçik formatlısının ölçüləri 0,75x0,75 mm-dir. Üç ədəd kitab isə 2x2 mm formatındadır. İnformasiyanın mətnini

http://www.tatar-inform.ru/news/2015/04/09/449742/

 linkinə daxil olmaqla oxumaq mümkündür.


Xatırladaq ki, Miniatür Kitab Muzeyində saxlanılan kitablardan 2913-ü “Ginnesin Rekordlar Kitabı”nın tələblərinə cavab verdiyi üçün Z.Salahovaya “Guinness World Records” sertifikatı təqdim olunub.