Şou

Tanınmış yazıçı 61 yaşında ərə gedir

Metbuat.az
Türkiyənin tanınmış yazıçısı, “Kurt Seyit ve Şura” əsərinin müəllifi Nərmin Bezmen 61 yaşında ərə gedir.

Axşam.az “Posta”ya istinadən xəbər verir ki, yazıçı ilk həyat yoldaşı Pamir Bezmenin 35-ci evlilik ildönümündə ölümündən sonra münasibətə başladığı aktyor Tolqa Savacı ilə ailə qurur. Artıq 5 ildir birlikdə olan cütlüyün toyu Bezmenin villasında keçiriləcək.



Mərasimdə ölkənin tanınmış simalarının iştirakı gözlənilir.



Qeyd edək ki, Nərmin Bezmenin Pamir Bezmenlə evliliyindən 2 uşağı və 2 nəvəsi, Tolqa Savacının isə əvvəlki nikahından 7 yaşlı bir oğlu var.