Şou
"Survivor All Star"da dublyordan istifadə edirmişlər
Dünyanın ən çox izlənilən proqramlarından olan "Survivor All Star" yarışmaları ilə bağlı skandal yaranıb.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, yarışmanın İspanya variantında məşhurların oyun səhnələrində dublyorlardan istifadə etdiyi ortaya çıxıb. İspaniyadan bu verilişə qatılan və Hondurasda yarışan 16 məşhur ispanın zədələnməmək üçün yerli camaatdan istifadə etdiyi məlum olub.
İspan mətbuatına açıqlama verən dublyorlar məşhurların təhlükəli səhnələrə yaxın düşmədiyi, hətta palçığa girməkdən imtina etdiklərini söyləyiblər. Onların məşhurların adı yazılan köynəklər geyinərək növbələrini gözlədikləri, yarışmaçılar kimi adada çətin şəraitdə yaşadıqları açıqlanıb.
Televiziya tənqidçiləri bu cür halların yarışmanın digər ölkələrdəki variantlarında da baş vermə ehtimalını istisna etmirlər.