Sosial
Milli.Az
Sürücülərə şad xəbər var: işlər yekunlaşdı - FOTO
"Bakının 20 Yanvar dairəsində aparılan genişləndirmə işləri tamamilə yekunlaşıb. Artıq ərazidəki səki daşları da düzülüb".
Bunu
Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi
Pünhan Mürsəliyevdeyib.
P.Mürsəliyev qeyd edib ki, paytaxın Alı Mustafayev küçəsinin köməkçi hissələrində asfalt-beton örtüyünün yenilənməsi işləri sürətlə davam etdirilir: “Alı Mustafayev küçəsinin 3-cü mikrorayon dairəsindən 20 Yanvar dairəsinədək olan köməkçi hissəsində asfalt-beton işləri yekunlaşıb. Hazırda Alı Mustafayev küçəsinin 20 Yanvar dairəsindən 3-cü mikrorayon dairəsi istiqamətində olan köməkçi hissəsində yolun köhnə örtüyünün qaşınması işləri aparılır. Hava şəraiti imkan verərsə, həmin hissədə işlər qısa müddət ərzində yekunlaşacaq”.
Milli.Az