Şou

Şou-biznesdə ayrılıq

Metbuat.az

Müğənni Nazənin və prodüseri ayrılıb.



ANS PRESS-in məlumatına görə, uzun illərdir müğənni Nazəninin prodüseri çalışan Pərviz Fəqan işbirliyinə son qoyub.



Belə ki, prodüserin müğənnidən ayrılmasına səbəb ictimaiyyətə tanış olmayan şəxslər olub. Amma bu ayrılıqda bəzi mətbuat işçisinin də əməyi olduğu bildirilir.



Pərviz Fəqan qısa olaraq, Nazəninlə işbirliyinə son qoyduğunu təsdiqləsə də, səbəbləri açıqlamadı. Qeyd olunan səbəbləri isə nə təsdiq, nə də təkzib etdi.



P.Fəqan Nazənin ilə çalışdığı ərəfədə müğənni Günel Məhərrəmovanın da prodüseri olub.




Mənbə
ANS PRESS