İqtisadiyyat

SOCAR ötən il 24,5 milyon ton neft ixrac edib

Metbuat.az

Bakı, 10 aprel,

AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ötən il 24,5 milyon ton neft ixrac edib.


AZƏRTAC

xəbər verir ki, bu barədə SOCAR-ın marketinq və iqtisadi əməliyyatlar idarəsinin təmsilçisi Adil Abışov Bakıda keçirilən VIII Beynəlxalq Xəzər neft-qaz, ticarət-nəqliyyat konfransı zamanı məlumat verib. O bildirib ki, bu rəqəm Azərbaycanda ötən il ümumi ixrac edilən neftin 70 faizini göstərir.


Qeyd edilib ki, 2014-cü ildə Azərbaycandan ümumilikdə 35 milyon ton neft ixrac olunub. Ötən il ixrac edilən neftin 82 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri, 12 faizi Bakı-Supsa, 3 faizi Bakı-Novorossiysk boru kəməri, 3 faizi isə dəmir yolu ilə göndərilib.