Mədəniyyət
Milli.Az
Seymur Baycan Elnur Astanbəylini məhkəməyə verir
Yazıçı
Seymur Baycanşair, jurnalist
Elnur Astanbəylini məhkəməyə verir.
Bu barədə
kulis.lent.az-a yazıçı özü məlumat verib.
O bildirib ki, Elnur Astanbəyli öz yazılarında onun fikirlərini dəfələrlə ya “adını unutduğum müəllif”, ya da başqa adla verib:
“Neçə dəfə zəng eləyib demişəm ki, o fikir mənə məxsusdur, vecinə almır. Axırıncı dəfə mənim sözümü Yalçın İslamzadənin adına yazıb. Zəng elədim ki, o fikri “Yazı mədəniyyəti” adlı yazımda yazmışam. Bu adamda ya yaddaş pozuntusu var, ya da qəsdən belə edir. Sonuncu dəfə xəbərdarlıq elədim. Dedim, bir də belə hal təkrar olunsa, neçə illik münasibətimizə baxmayaraq məhkəməyə verəcəm”.
Seymur Baycan məhkəmədə təzminat kimi 1 manat istəyəcəyini söyləyib.
Milli.Az