Mədəniyyət

“Sevastopol uğrunda döyüş” filmi nümayiş etdirilib

Metbuat.az

Bakı, 3 aprel,

AZƏRTAC

“Park Cinema” Kinoteatrlar şəbəkəsi tərəfindən Bakıda “Sevastopol uğrunda döyüş” filminin mətbuat üçün nümayişi keçirilib.


“Park Cinema” Kinoteatrlar şəbəkəsindən

AZƏRTAC

-a bildiriblər ki, melodram və döyüş janrında olan “Sevastopol ugrunda döyüş” filmini Yeqor Olesovun ssenarisi əsasında rejissor Sergey Mokrovitski ekranlaşdırıb. Film əfsanəvi snayper–qadın Lyudmila Pavliçenkonun həyat yolundan bəhs edir. Hərb meydanında ölüm və əzablar görən qadın üçün əsl sınaq müharibənin onun əlindən ala biləcəyi sevgisi olur. Çəlimsiz qadın bu çətinliklərin öhdəsindən cəsarətlə gələ bilir. Filmdə obrazları Yuliya Peresild, Yevgeni Tsıqanov, Coan Blekem, Nikita Tarasov, Vilen Babiçev, İlya Prokopiv, Sergey Anaşkin, Aleksandr Polovets, Polina Paxomova və Sergey Bondarenko canlandırırlar.


Artıq “Sevastopol uğrunda döyüş” filminin “Park Cinema” kinoteatrlar şəbəkəsində nümayişinə başlanılıb.