Mədəniyyət

Sənətşünaslıq doktoru Tatyana Sareqradskaya Bakıda mühazirə oxuyub

Metbuat.az

Bakı, 22 aprel,

AZƏRTAC

Sənətşünaslıq doktoru, Qnesinlər adına Rusiya Musiqi Akademiyasının müəllimi Tatyana Sareqradskaya Qara Qarayev adına VI Beynəlxalq Müasir Musiqi festivalı çərçivəsində aprelin 22-də Muzey Mərkəzində mühazirə oxuyub.


AZƏRTAC

xəbər verir ki, T.Sareqradskaya ingilis bəstəkarı Harrison Bertvistlin “Minotavr” operasından danışıb. Sonra bu əsərin videonümayişi olub. Mühazirə böyük maraqla qarşılanıb.


T.Sareqradskaya bir sıra monoqrafiya, məqalə və elmi-metodiki layihələrin müəllifidir. Onun elmi maraq dairəsi müasir musiqinin müxtəlif istiqamətlərini əhatə edir. T. Sareqradskaya 2011-ci ildən Rusiya Musiqi Nəzəriyyəsi Cəmiyyətinin idarə heyətinin üzvüdür.