Ölkə
AZƏRTAC
Şəmkirdə bir gündə 5 min ağac əkilib
Şəmkir, 18 aprel,
AZƏRTAC“Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində hər həftənin şənbə və bazar günləri iməciliyə çıxan şəmkirlilər növbəti aksiyada da fəallıqla iştirak ediblər.
AZƏRTAC
xəbər verir ki, aprelin 18-də rayonun Şiştəpə kəndi ərazisində keçirilən iməciliyə idarə və təşkilatların əməkdaşları, eləcə də rayon sakinləri böyük həvəslə qoşulublar. Gün ərzində davam edən iməcilik zamanı 5 min ədəd ağcaqayın, iydə və müxtəlif meyvə ağacları əkilib, ərazidə təmizlik işləri aparılıb.