Sosial

​Şəkidə yol qəzası baş verib, 1 nəfər xəsarət alıb

Metbuat.az

Bakı. 12 aprel. REPORT.AZ/ Günorta saatlarında Şəki rayonunda "Mercedes" və "VAZ" markalı 2 minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.


"Report"

Fövqəladə Hallar Nazirliyi

nə (FHN) istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub.


Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı avtomobilin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Əməliyyat saat 15:45-də başa çatıb.