Şou

Səbinəni tənqid ediblər

Metbuat.az

Müğənni Səbinə Babayeva “Lyubov kak son” adlı yeni mahnısını təqdim edib.

Axşam.az-ın məlumatına görə, sənətçi rus dilində səsləndirdiyi bəstəni sosial şəbəkədə paylaşaraq, təəssüratlarını bölüşüb:

“Çoxları “Qaz-qaz” adlı mahnımdan sonra məni tənqid etdi: “Bu nə bəstədir? Sizin stilinizdə deyil. Niyə belə mahnılar oxuyursunuz?”. Müğənni hər bir janrda oxumaqla, müxtəlif zövqlü kütlənin gözündə sevilməlidir. Bu dəfə ciddi əsərə müraciət etdim. Hər dəfə də belə əsərləri oxumaq təkrarçılıqdır. İnsanları yormaq düzgün deyil”.