Sosial
Samux sakini dəm qazından zəhərlənib
Bakı. 14 aprel. REPORT.AZ/ Azərbaycanda daha bir nəfər dəm qazından zəhərlənib.
"Report"
Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Samux rayonunda yaşayan Afaq Məhərrəmova dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib. Xəstəyə lazımı tibbi yardım göstərilib. A.Məhərrəmovanın dəm qazından zəhərlənməsi faktı ilə bağlı araşdırmalar davam etdirilir.