Sosial

Sabunçu rayonunda ər-arvad bıçaqlanıb

Metbuat.az

Bakı. 17 aprel. REPORT.AZ/  Sabunçu rayonunda ər və onun arvadı bıçaqlanıb.


"Report"

Daxili İşlər Nazirliyi

nin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Zabrat qəsəbəsində yaşayan Yusif Cəfərovun evində qohumu, Gürcüstan vətəndaşı Ceyhun Kalov münaqişə zəminində ona və arvadı Ofeliyaya bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib.


Sabunçu Rayon Polis İdarəi 15-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Kalov tutulub.


Hadisə ilə bağlı araşdırmalar aparılır.