Sosial

​Sabirabadda 3 otaqlı ev yanıb

Metbuat.az

Bakı. 3 aprel. REPORT.AZ/ Sabirabad rayonunda fərdi yaşayış evi yanıb. "Report"un

Fövqəladə Hallar Nazirliyi

nin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, rayonun Quruzma kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 112 kv.m olan birmərtəbəli 3 otaq və aynabəddən ibarət olan ev və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.