Sosial

Sabah qaz problemi olacaq

Metbuat.az

Sabah Bakının bəzi rayonlarında qaz olmayacaq.



“Azəriqaz” İB-dən ANS PRESS-ə verilən məlumata görə, aprelin 14-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Nərimanov”, “Böyük-Şor”, “30-cu sahə”, “Qazanlar”, “Bakıxanov” və “Keşlə” Qazpaylama stansiyalarında, eləcə də həmin stansiyalardan qidalanan bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.



“Azəriqaz”-ın məlumatına görə, təmir işləri aparılan müddətdə Bakı şəhəri Nərimanov, Sabunçu, Xətai və Nizami rayonlarının bəzi hissələrinin qaz təchizatında qismən məhdudiyyətlərin olması mümkündür.



Mənbə
ANS PRESS