Sosial

Sabah bəzi qəsəbələrdə su olmayacaq

Metbuat.az

Aprelin 22-də Bakının bəzi rayonlarının içməli su təminatında fasilələr olacaq. “Azərsu” ASC-dən Lent.az-a verilən məlumata görə, yay mövsümünə hazırlıq işləri çərçivəsində magistral xətlərdə profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar saat 08:00-dan 23:00-dək  Ceyranbatan və Saray qəsəbələrinə, Masazır qəsəbəsinin “Qurtuluş” yaşayış massivinə, Novxanın kəndinin bir hissəsinə,  Yeni Biləcəri yaşayış sahəsinə içməli su məhdudiyyətlə veriləcək. 

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.