Sosial
Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb
Sabah Azərbaycan rayonlarında hava şəraitinin gündüz əsasən yağmursuz, səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə küləyin sürəti arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.