Sosial

Rusiyada azərbaycanlıdan dəhşətli tapıntı

Metbuat.az

Moskvanın məşhur Bryulevo rayonunda azərbaycanlı ölü körpə tapıb.



ANS PRESS-in məlumatına görə, azərbaycanlı Xarkov keçidi ilə gedən zaman qarşısına polietilen torbaya bükülmüş uşaq meyiti çıxıb.



Adı çəkilməyən azərbaycanlı tez polisə zəng edib. Onun dediyinə görə uşağın boynuna əski parçası bağlanmış və göbəyi kəsilməmiş olub.



Hadisə ilə bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir.


Mənbə
ANS PRESS